Hindistanın şimalında beş nəfərlik ailə yanğında ölüb

Bakı. 23 iyul. REPORT.AZ/ Hindistanın şimalında yerləşən Mandi şəhərində (Himaçaı Pradeş ştatı) yaşayış evlərdən birində baş verən güclü yanğın nəticəsində bir ailənin beş üzvü ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə iyulun 23-də səhər saatlarında olub. 

Yanğına qaz balonun partlamasının səbəb olduğu güman edilir.

Polis hadisə ilə bağlı araşdırma aparır.