Türkiyə İŞİD-in Suriyadakı mövqelərinə 9 artilleriya zərbəsi endirib

Yeddi Suriya kəndi terrorçulardan azad edilib

Yeddi Suriya kəndi terrorçulardan azad edilib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Türkiyə Suriyanın şimalında İŞİD terror qruplaşmasının mövqelərinə 9 artilleriya zərbəsi endirib.

"Report" xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələrinə istinadən "Anadolu" agentliyi məlumat yayıb.

Zərbələr "Fərat qalxanı" əməliyyatı çərçivəsində hücum qaubitsalarından endirilib. Bundan əlavə, İŞİD-in nəzarətində olan 7 kənd Türkiyənin müttəfiqi "Azad Suriya Ordusu" qruplaşması tərəfindən azad edilib.