"Silk Way Business Aviation"ın direktoruna daha bir vəzifə verilib

​"Silk Way Business Aviation"ın direktoruna daha bir vəzifə verilib

​

"Silk Way Business Aviation" MMC-nin direktoru Böyükağa Quliyevə daha bir vəzifə verilib.

"Report" xəbər verir ki, o, ötən ilin noyabr ayında yaradılmış "Aviation Services Group" MMC-nin direktor müavini təyin edilib.

Xatırladaq ki, adları çəkilən hər iki şirkət aviasiya sahəsi üzrə fəaliyyət göstərən "Silk Way Holding" MMC-yə daxildir.