Gürcüstanda Belarusdan olan üç qadın turist itkin düşüb

Gürcüstanın Svaneti bölgəsində Belarus vətəndaşı olan üç turist itkin düşüb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat yayıb.

Hadisə Tetnuldi dağ-xizək kurortu ərazisində baş verib. Onların qadın olduqları bildirilir.

Belarus vətəndaşlarının axtarışları istiqamətində tədbirlər həyata keçirilir. Səhər saatlarından başlayaraq axtarış-xilasetmə əməliyyatlarına Sərhəd Polisinin helikopterinin cəlb olunacağı planlaşdırılır.