ABŞ Polşada Yaxın Şərqlə bağlı sammit keçirəcək

Bakı. 11 yanvar. REPORT.AZ/ “ABŞ cari il fevralın ortalarında Polşada Yaxın Şərq üzrə sammit keçirməyi planlaşdırır”.

“Report” “Fox News” telekanalına istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.

Onun sözlərinə görə, müzakirəyə çıxarılacaq əsas mövzulardan biri İranla bağlı olacaq: “Biz dünyanın onlarla dövlət başçısını bir yerə toplayacağıq. Bütün ölkələr Yaxın Şərqdə sabitlik, sülh, azadlıq və təhlükəsizliyə diqqətlərini yönəltmək üçün bir yerdə olacaqlar”.

M.Pompeo iştirak edəcək dövlətlərin adını açıqlamasa da, foruma Asiya, Afrika, Qərb yarımkürəsi, Avropa və Yaxın Şərq ölkələrinin nümayəndələrinin qatılacağını qeyd edib.