Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq prioritetlərinə dair sənəd paraflanıb

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirak ediblər

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirak ediblər

Bakı. 11 iyul. REPORT.AZ/ Brüsseldə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında tərəfdaşlıq prioritetlərinə dair sənədin paraflanması mərasimi keçirilib.

"Report" xəbər verir ki, məlumatı Avropa İttifaqının mətbuat xidməti yayıb. 

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirak ediblər.

Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini imzalayıblar.

Sənədin paraflanması ilə Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq prioritetləri barədə sənədin mətni üzrə danışıqlar yekunlaşıb.