Peruda avtobusun dərəyə düşməsi nəticəsində 15 adam ölüb

Bakı. 13 avqust. REPORT.AZ/ Peruda avtobusun dərəyə düşməsi nəticəsində 15 nəfər həyatını itirb.

"Report" xəbər verir ki, bu barədə Xinhua Xəbər Agentliyinə polisə istinadən məlumat yayıb.

Bildirilir ki, avtobus Kiçes yolunda 100 metr yüksəklikdən dərəyə düşüb.

Hazırda qəzanın səbəbləri dəqiqləşdirilir.