Rusiya ağır cinayətlərdə ittiham olunan azərbaycanlı barəsində beynəlxalq axtarış elan edib

Bakı. 7 dekabr. REPORT.AZ/ Rusiya ağır cinayətlərdə ittiham olunan azərbaycanlı barəsində beynəlxalq axtarış elan edib.

“Report”un məlumatına görə, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü Xəyal Əliyev terror təşkilatının fəaliyyətində iştirak etməkdə təqsirli bilinir. 

Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və tutulması üçün İnterpola müraciət olunub.

Hafiz Heydərov