"Semaşko"nun şöbə müdiri: "Gürcüstanda sırf "donuz qripi"nə yoluxmaqdan ölüm halı olmayıb"

Bakı. 11 yanvar. REPORT.AZ/ "Gürcüstanda sırf "donuz qripi"nə yoluxmaqdan ölüm halı olmayıb. Həmin insanların dünyasını dəyişməsinə səbəb staflikok tipli törədicilərə yoluxàraq sonradan vəziyyətlərinin ağırlaşması olub".

"Report" xəbər verir ki, bunu 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") İnfeksion qəbul şöbəsinin müdiri Mahir Rəhimov deyib.

O bildirib ki, qriplərin hamısı eyni növ qriplərdir. Sadəcə yoluxma yerinə görə qrip adları fərqlidir: "Qrip adətən hava damcı yolu ilə keçir. Mövsümi qriplə bağlı vaksin mövcuddur. Bu da digər qriplərin qarşısını almağa kömək edir. Qripdən qorunmağın yoluna gəlincə, immun sistemini güclü saxlamaq lazımdır. Təkibində C vitamini olan qidaların qəbuluna üstünlük vermək lazımdır".