Azərbaycan yeddi ayda 306,7 milyon dollarlıq neft məhsulları ixrac edib

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan 611 313 ton həcmində neft məhsulları ixrac edib.

Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft məhsullarının dəyəri 306,725 mln. ABŞ dolları təşkil edib.

Bu ilin yeddi ayında ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 3,97%, dəyəri isə 8% azdır.

Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,5% olub.