​ABŞ kosmosa məxfi kosmik gəmi göndərir

O, xarici görünüşünə görə "Şatll" kosmik gəmisini xatırladır

O, xarici görünüşünə görə

Bakı. 20 may. REPORT.AZ/ Mayın 21-də səhər saatlarında ABŞ məxfi kosmik gəmisini kosmosa buraxacaq.

"Report" xəbər verir ki, bu haqda "New York Times" məlumat yayıb.

Xəbərə görə, bu orbital "Boing X-37" təyyarəsidir. Məlumatda bildirilib ki, kosmik gəmi sınaq müddətində 3 dəfə kosmosa uçaraq, geri dönüb. Pilotsuz qurğunun uzunluğu 9 metrdir və xarici görünüşünə görə "Şatll" kosmik gəmisini xatırladır.

Əvvəlcə ondan peyklərin təmirində istifadə ediləcəyi ehtimal olnurdu. Ancaq sonradan kosmik gəminin uyğun proqramı silinib və ABŞ Müdafiə Nazirliyinin nəzarətinə verilib.