Ermənistanda 3 hərbçi koronavirusa yoluxub - YENİLƏNİB

Ermənistanda 3 hərbçi koronavirusa yoluxub. 

“Report” “RusArminfo”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə naziri David Tonoyan məlumat verib. 

Nazir bildirib ki, martın 25-də 3 hərbçi koronavirusla bağlı testdən keçib və nəticə müsbət çıxıb.


***10.26

Ermənistan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi xidmət edən 3 qulluqçu koronavirus testindən keçib. 

“Report” “ru.1in.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Atepanyan “Facebook” səhifəsində yazıb. Bildirilib ki, onlardan birinin ailə üzvündə koronavirus aşkarlanıb. 

Məlumata görə, hərbçilər təcrid edilib. 

Qeyd edək ki, martın 26-sı saat 10:00-a olan məlumata əsasən, Ermənistanda 290 yoluxma faktı qeydə alınıb. 18 nəfərin sağaldığına dair məlumat yayılıb.