Milli Məclisin deputatı “Kurikulum” sözünün işlədilməsinə etiraz edib

Bakı. 24 yanvar. REPORT.AZ/ Milli Məclisin deputatı Ağacan Abıyev “Kurikulum” sözünün işlədilməsinə etiraz edib.

"Report"un xəbərinə görə, parlamentin Elm və təhsil komitəsinin iclasında A.Abıyev deyib ki, bu sözü tələffüz etmək çətindir: “Bu sözü deyəndə az qalır ağzımız əyilsin. “Kurikulum” sözünü haradan tapıb gətiriblər, başa düşmürəm. Biz bunu heç düz-əməlli başa düşə, düzgün deyə, tələffüz edə bilmirik, sıravi insanlar haradan bilsinlər, desinlər? Bu, xaosdur, “şum”dur... Ay müəllimlər, xahiş edirəm, bunu dilinizə gətirməyin”.