Netanyahu: Abbasla dərhal görüşməyə hazıram

"İsrailə qarşı yönəldilən gərginlik dalğasının qarşısı dərhal alınmalıdır"

Bakı. 16 oktyabr. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahu bəyan edib ki regionda son həftələrdə artan gərginliyin qarşısını almaq məqsədi ilə Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasla görüşməyə hazırdır. "Report"un BBC-yə istinadən verdiyi məlumata görə, Netanyahu qeyd edib ki, hazırda belə bir görüşün baş tutması üçün hər hansı əngəl mövcud deyil.

Onun sözlərinə görə, "İsrailə qarşı yönəldilən gərginlik dalğasının qarşısı dərhal alınmalıdır". 

Bununla belə, Binyamin Netanyahu qeyd edib ki qarşı tərəf hələlik diyaloqa yanaşmaq istəmir.

Qeyd edək ki, ərəb-İsrail münaqişəsinin gərginləşməsi nəticəsində bu ay ərzində 40-a yaxın insan həlak olub.