ABŞ Trampın fərmanından sonra 100 mindən çox vizanı ləğv edib

Bu rəqəm miqrantların məhkəmə dinləmələri zamanı səsləndirilib

Bu rəqəm miqrantların məhkəmə dinləmələri zamanı səsləndirilib

Bakı. 3 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın yeddi müsəlman ölkəsi vətəndaşlarının ölkəyə girişini məhdudlaşdıran fərmanından sonra 100 mindən çox Amerika vizası ləğv olunub.

"Report" xəbər verir ki, bu barədə "Washington Post" qəzeti yazıb.

Məlumata görə, bu rəqəm şənbə günü Dalles beynəlxalq aeroportuna (Virciniya ştatı) gəldikdən sonra Amerika ərazisinə girişinə qadağa qoyulan iki yəmənli qardaşın işi üzrə məhkəmə dinləmələri zamanı səsləndirilib. Onlar Efiopiyaya qayıtmaq məcburiyyətində qalıblar.