Böyük Britaniya martın 25-də razılaşmasız "Brexit" halında fəaliyyət planını tətbiq edəcək

Böyük Britaniya hökuməti martın 25-də ölkədə xüsusi şəraitdə - Avropa İttifaqı ilə razılaşmanın olmaması və martın 29-na planlaşdırılan "Brexit"in tarixinə dair qeyri-müəyyənliyin olması qarşılığında fəaliyyət planı tətbiq etməyi planlaşdırır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.

Hökumət nümayəndələrinin məlumatına görə, "Operation Yellowhammer" adlı planda ərzaq, yanacaq və maliyyə resurslarının çatışmazlığının qarşısını almaq üçün fəaliyyətə başlayacağı xüsusi "operativ idarəetmə" sistemi işə düşəcəyi nəzərdə tutulub.

Sistemin əməkdaşları fövqəladə hallarda ölkənin idarə olunması ilə məşğul olan aparıcı nazirlik və qurumlarlarla yaxın əlaqələri olan şəxslərdir. Bunlara Ekologiya, Qida və Kənd Təsərrüfatı İnkişafı, Nəqliyyat, Maliyyə nazirlikləri və Kral Vergi-Gömrük Xidməti daxildir.

Britaniya Müdafiə Nazirliyi artıq Silahlı Qüvvələrin hazırlığını artırıb. "Brexit" ilə əlaqədar yarana biləcək fövqəladə vəziyyət zamanı 3,5 min hərbçi ən qısa zamanda prosesə cəlb edilə bilər.