Bağdadda partlayış nəticəsində 10 nəfər ölüb, 21-i yaralanıb

Bab əl-Muazam rayonunda bomba qoyulmuş avtomobil partlayıb

Bab əl-Muazam rayonunda bomba qoyulmuş avtomobil partlayıb

Bakı. 5 yanvar. REPORT.AZ/ İraqın paytaxtı Bağdadın mərkəzində partlayış zamanı 10 nəfər ölüb, 21 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Livanın "Əl-Məyadin" telekanalı məlumat yayıb.

İraqın "Al Sumaria" telekanalı polisə istinadən xəbər verir ki, Bab əl-Muazam rayonunda bomba qoyulmuş avtomobil partlayıb.