"Google" ABŞ-da silah sözü ilə məhsul axtarışını qadağan edib

Axtarışdan "Sex Pistols" və "Guns N Roses" musiqi qruplarının adları da yoxa çıxıb

Axtarışdan

Bakı. 28 fevral. REPORT.AZ/ "Google" axtarış sisteminin "Shopping" xidməti amerikalı istifadəçilərə "silah" (gun) sözü ilə hər hansı bir məhsul axtarmağı qadağan edib.

"Report" "Business Insider" nəşrinə istinadən xəbər verir ki, axtarışdan həmçinin "su tapançası", "yapışqanlı tapança" sözləri, eləcə də, "Sex Pistols" və "Guns N Roses" musiqi qruplarının adları da yoxa çıxıb.

Sistemdə baş verən nasazlığı "Google" şirkəti də təsdiq edib. Mütəxəssislər bildiriblər ki, nasazlığa səbəb insan amilidir, çünki axtarış nəticəsində sürətli atəş üçün "buraxma aktivatorları" mövzusu ilə bağlı çoxlu sayda sorğu aşkar olunub.

"Biz həmin nəticələri dərhal sildik, çünki onlar bizim siyasətimizi pozur", — deyə "Google"dən bildiriblər.