Mexikoda sürücü maşını mitinq iştirakçılarının üzərinə sürüb, bir neçə nəfər yaralanıb

Yerli sakinlər sürücünü özləri cəzalandırmağa cəhd göstəriblər və onun maşınına ziyan vurublar

Yerli sakinlər sürücünü özləri cəzalandırmağa cəhd göstəriblər və onun maşınına ziyan vurublar

Bakı. 9 noyabr. REPORT.AZ/ Meksikanın paytaxtı Mexikoda avtomobil insan kütləsinin içərisinə yeriyib.

“Report” xəbər verir ki, bu barədə yerli mətbuata istinadən RİA "Novosti" məlumat yayıb.

İlkin məlumatlara görə, yolsuzluq avtomobilinin sürücüsü maşını yolu bağlayan mitinq iştirakçılarının üzərinə sürüb.

Nəticədə bir neçə nəfər xəsarət alıb. Şahidlərin sözlərinə görə, yerli sakinlər sürücünü özləri cəzalandırmağa cəhd göstəriblər və onun maşınına ziyan vurublar.