Britaniya polisi Skripalı zəhərləyən şəxslərin yeni videolarını yayıb - VİDEO

Bakı. 23 noyabr. REPORT.AZ/ London polisi Solsberi şəhərində olan zaman Sergey və qızı Yuliya Skripalın zəhərlənməsində şübhəli bilinən rusiyalı Aleksandr PetrovRuslan Boşirovun yeni videoyazılarını, həmçinin zəhərləyici maddənin olduğu flakonun şəkillərini yayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Skotland-Yardın məlumatında bildirilir.

"Kamera qeydləri Aleksandr Petrov və Ruslan Boşirov ləqəbləri ilə məşhur olan iki şübhəlinin bazar günü, martın 4-də necə Solsberiyə gəldiklərini və yerləşdiklərini göstərir. Xüsusi hazırlanmış saxta ətir şüşəsi modellərinin fotoşəkilləri də təqdim olunur", - deyə məlumatda bildirilir.

Bundan əvvəl Rusiya "Skripal işi" ilə bağlı Britaniyaya nota verib.