“Rosneft” Əlcəzairdəki yeganə layihəsindəki payını satmaq istəyir

Layihədən çıxmaq çoxmilyonlu silinmə və cəza ilə nəticələnə bilər

Layihədən çıxmaq çoxmilyonlu silinmə və cəza ilə nəticələnə bilər

Bakı. 9 yanvar. REPORT.AZ/ Rusiyanın “Rosneft” şirkəti Əlcəzairdə “Şərqi Takuazet”, “Qərbi Takuazet” və “Şimali Tesselit” yataqlarından ibarət “245-Cənub” blokunun işlənməsi üzrə geoloji-kəşfiyyat layihəsindəki payından imtina etmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Layihədə “Rosneft”in 50% payı olan “Rosneft-Stroytransgaz” Birgə Müəssisəsi (BM) 60%, Əlcəzairin “Sonatrach” dövlət şirkəti isə 40% paya malikdir.

Qəzetin məlumatına görə, layihədən çıxmaq çoxmilyonlu silinmə və cəza ilə nəticələnə bilər, buna görə də “Rosneft” böyük ehtimalla payını layihədəki tərəfdaşı olan “Sonatrach” şirkətinə satmağa çalışacaq.

“Qazprom” şirkəti artıq aktivin alınmasından imtina edib.