Hacıbala Abutalıbov Bakı şəhərinin meri vəzifəsindən azad edilib

Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb

Bakı. 21 aprel. REPORT.AZ/ Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Hacıbala İbrahim oğlu Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.