Almaniyanın rəqs qrupunun 11 üzvü Brazilyada yol qəzasında ölüb

Hadisə ilə bağlı araşdırma aparılır

Hadisə ilə bağlı araşdırma aparılır

Bakı. 11 sentyabr. REPORT.AZ/ Brazilyanın şərqində yerləşən Espirintu-Santu ştatında avtobusla yük avtomobilinin toqquşması nəticəsində Almaniyanın “Bergfreunde” rəqs qrupunun 11 rəqqası ölüb, 3 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı yerli “G1” portalı yayıb.

İnformasiyaya əsasən, ilkin ehtimala görə, yük avtomobili sürücüsünün idarəetməni itirməsi qəzaya səbəb olub. 

Hadisə ilə bağlı araşdırma aparılır.