Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasımda Ukraynanı məğlub ediblər

Görüş 3:1 hesabı ilə başa çatıb

Görüş 3:1 hesabı ilə başa çatıb

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası Qızıl Avropa Liqasının birinci turunda Ukraynanı məğlub edib.

“Report” xəbər verir ki, Faiq Qarayevin yetirmələri birinci setdə məğlub olsalar da, ardınca üç set qalib gələrək matçı üstün başa vurublar.

Qızıl Avropa Liqası, I tur

Azərbaycan – Ukrayna - 3:1 (16:25, 25:19, 25:23, 28:26)