“Snayper həddi” müsabiqəsində Azərbaycan snyaperləri ustalıqlarını nümayiş etdirəcəklər

Qazaxıstanda keçiriləcək yarışlar avqustun 1-dən 9-dək davam edəcək

Qazaxıstanda keçiriləcək yarışlar avqustun 1-dən 9-dək davam edəcək

Bakı. 31 iyul. REPORT.AZ/ “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində silahların qəbulu və atışlara hazırlıq işləri yekunlaşıb.

Azərbaycan Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, yarışlarda iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin snayperləri SVD-S silahından atəş açmaqla öz ustalıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, yarışlarda 17 ölkənin komandası iştirak edir.

Qazaxıstanda keçiriləcək yarışlar avqustun 1-dən 9-dək davam edəcək.