Bəşşar Əsəd Dəməşqdə ABŞ senatorunu qəbul edib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Suriya prezidenti Bəşşar Əsəd paytaxt Dəməşqdə ABŞ Senatının respublikaçı üzvü Riçard Bləklə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Suriya prezidentinin Mətbuat xidmətinin "Twitter" səhifəsində məlumat verilib.

Tərəflər ABŞ-ın bölgədəki siyasəti, o cümlədən region ölkələrinin daxili işlərinə qarışması ilə bağlı müzakirələr aparıblar.

Amerikalı senator qeyd edib ki, ABŞ-ın siyasəti bu bölgə ölkələrində onlara qarşı etimadı sarsıdıb və bununla bağlı vəziyyəti yalnız amerikalıların özləri, həmçinin siyasətçilər dəyişdirə bilər.

Həmçinin R.Blək ABŞ-ın Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini və ölkədə sabitliyin bərpa olunacağına ümidvar olduğunu bildirib.