Bakıda piyadalar üçün nəzərdə tutulmayan yoldan keçən gənc qadını avtomobil vurub

Tamella Qənimova xəstəxanaya yerləşdirilib

Tamella Qənimova xəstəxanaya yerləşdirilib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bakıda piyadalar üçün nəzərdə tutulmayan yoldan keçən gənc qadını avtomobil vurub.

"Report"un xəbərinə görə, yol-nəqliyyat hadisəsi Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 5 nömrəli xəstəxananın qarşısında 1990-cı il təvəllüdlü Qənimova Tamella Ziyad qızı piyadalar üçün müəyyən edilməmiş yoldan keçərkən onu minik avtomobili vurub. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Sürücü saxlanılıb.