İsrail və ABŞ-ın müdafiə nazirləri Yaxın Şərq problemini müzakirə ediblər

Hər iki tərəf ABŞ və İsrailin hərbi əməkdaşlığına sadiqliklərini təsdiq ediblər

Hər iki tərəf ABŞ və İsrailin hərbi əməkdaşlığına sadiqliklərini təsdiq ediblər

Bakı. 27 yanvar. REPORT.AZ/ ABŞ-ın müdafiə naziri Ceyms Mettis cümə axşamı israilli həmkarı Aviqdor Libermanla telefon söhbəti edib, tərəflər əməkdaşlıq və Yaxın Şərq problemini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə TASS-a Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis məlumat verib.

Onun sözlərinə görə, Mettis İsrailin təhlükəsizliyi ilə bağlı möqeyinin dəyişilməz qaldığını demək istəyib. Bundan əlavə, Pentaqonun yeni rəhbəri müdafiə sahəsində Amerika-İsrail münasibətlərini inkişaf etdirmək niyyətindədir.

Nazirlər Yaxın Şərqdə regional təhlükəsizlik çağırışları və regionun probleminin həllinə müasir yanaşmaların hazırlanması vacibliyini müzakirə ediblər.

"Hər iki tərəf ABŞ və İsrailin hərbi əməkdaşlığına sadiqliklərini təsdiq ediblər və gələcəkdə görüşəcəklərinə ümidvar olduqlarını bildiriblər", - deyə o qeyd edib.