Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Bakı. 24 noyabr. REPORT.AZ/ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda “Həmkarlar İttifaqları haqqında”, “Məşğulluq haqqında” qanunlara və Əmək Məcəlləsinə dəyişikliklər müzakirə edilib.

Layihələr barədə komitə sədri Hadi Rəcəbli məlumat verib. Onun sözlərinə görə, qanunlara ediləcək dəyişikliklər texniki xarakterlidir.
Müzakirələrin sonunda layihələr parlamentin plenar iclasına tövsiyə olunub.