Rusiya, İran və Türkiyə Suriyada atəşkəsin monitorinqi mexanizmi üzrə razılığa gəlib

Tərəflər kommünike barədə müzakirələri davam etdirir

Tərəflər kommünike barədə müzakirələri davam etdirir

Bakı. 24 yanvar. REPORT.AZ/ Rusiya, İran və Türkiyə Astanada keçirilən danışıqlarda Suriyada atəşkəsin monitorinqi mexanizmi üzrə razılıq əldə edib.

"Report" xəbər verir ki, bu barədə TASS-a İran nümayəndə heyətindəki mənbə məlumat verib.

Mənbə bildirib ki, tərəflər kommünike barədə müzakirələri davam etdirir.