Komandaların nümayəndələri “Dəniz kuboku-2019”un keçiriləcəyi ərazi ilə tanış olublar - VİDEO

Avqustun 2-də “Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsində iştirak edən komandaların nümayəndələri dənizdə tapşırıqların yerinə yetiriləcəyi rayonlara baxış keçiriblər.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, komandaların rəhbər heyəti ilə müsabiqənin keçirilməsi qaydaları, təhlükəsizlik və digər təşkilati məsələlərlə bağlı ilkin təlimat da keçirilib. Dənizdə gəmilərin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi müəyyənləşdirilib, o cümlədən müsabiqənin çalışmaları üzrə naviqasiya və taktiki hesablamalar da aparılıb.