İsrailin Hərbi Hava Qüvvələri Suriya ordusunun obyektlərinə zərbələr endirib

Bakı. 12 iyul. REPORT.AZ/ İsrailin Hərbi Hava Qüvvələri Suriya ordusunun obyektlərinə zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, zərbələr sərhəddə, Holland yüksəkliklərində, Kuneytr vilayətindəki obyektlərə endirilib. Xəsarət alanlar və ziyan barədə məlumat verilmir.