UBER: Taksi xidmətinə ƏDV-nin tətbiqi barədə rəsmi məlumat almamışıq

Bakı. 28 noyabr. REPORT.AZ/ “İstifadəçilərimiz Azərbaycan banklarından bu il dekabrın 1-dən “Uber”lə gedişlərə görə nağdsız ödənişlər üzrə 18% ƏDV-nin tutulacağı barədə SMS-xəbərdarlıq alsa da, bizə sözügedən yenilik barədə rəsmi məlumat daxil olmayıb”.

Bunu “Report”un sorğusuna cavab olaraq UBER-dən bildiriblər.

“Biz bu məsələni əsaslı surətdə araşdırmaq və Azərbaycandakı istifadəçilərimiz üçün ən əlverişli şəkildə həll etmək niyyətindəyik”, - deyə Şirkət bəyan edib.

Xatırladaq ki, taksi xidmətinə ödənişlərin ƏDV-yə dekabrın 1-dən cəlb olunacağı gözlənilir. Artıq Azərbaycan bankları müştərilərini bu barədə məlumatlandırmağa başlayıb. Plastik kart sahiblərinə göndərilən SMS-lərdə dekabrın 1-dən xarici şirkətlərin taksi xidmətinin 18% bahalaşacağı, yəni hesabdan əlavə pul çıxılacağı bildirilir.