KİV: Yəmən neft hasilatını və ixracını bərpa edəcək

Bakı. 2 noyabr. REPORT.AZ/ Yəmən hökuməti neft hasilatını və ixracını bərpa etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "Al Arabiya" Yəmənin milli xəbər agentliyinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, Yəmən hökumətinin nümayəndələri gözlənilən hasilat və ixrac həcminin, eləcə də məqsədin həyata keçirilməsi üçün planlaşdırılan vaxtın nə qədər olacağını söyləməyiblər.