Britaniyada baş vermiş partlayışla bağlı bir neçə nəfər saxlanılıb

Bakı. 1 mart. REPORT.AZ/ Britaniyanın hüquq-mühafizə orqanları Lesterdə üçmərtəbəli evdə baş vermiş yanğın və partlayış hadisəsi ilə bağlı 3 nəfəri saxlayıb.

"Report" "RT"ə istinadən xəbər verir ki, bu barədə polisin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, saxlanılanlar sorğu-sual olunurlar. Xatırladaq ki, hadisə fevralın 25-də baş verib. Hadisə zamanı 5 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Binada yanğının və partlayışın səbəbləri hələ müəyyənləşdirilməyib. Binanın birinci mərtəbəsində ərzaq mağazası fəaliyyət göstərib. Digər iki mərtəbədə isə mənzil yerləşib.