​Rəsmi Bakı: Azərbaycan Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir

"Bakı Kosovonun Haaqa konvensiyasına qoşulmasını dəstəkləmir"

Bakı. 25 mart. REPORT.AZ/ Azərbaycan Kosovonun Haaqa konvensiyasına qoşulmasını dəstəkləmir.

"Report" Serbiyanın RTS telekanalına istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Belqraddakı səfirliyinin bəyanatında bildirilir.

Səfirliyin bəyanatında qeyd olunur ki, Azərbaycan Kosovonu müstəqil dövlət kimi tanımır və Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir.