Zaur Həşimov: “Neftçi” layiqli qələbə qazandı

“Oyun göz önündə idi. Rəqibin bizdən üstün olması oyunda özünü göstərdi. “Neftçi” layiqli qələbə qazandı”.

“Report”un məlumatına görə, bu fikirləri “Zirə”nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın VIII turunda “Zirə”yə uduzduqları (0:3) oyundan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki, bu hesab onun işinə təsir göstərməyəcək: “Əlimi aşağı salmayacağam. Artıq daha çox işləyəcəyik. Dayanmaq olmaz, davam etmək lazımdır”.