Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 722 mln. manat kompensasiya ödənilib

Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb

Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ötən il lisenziyası ləğv edilmiş 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 722,101 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,981 mln. manat, “Zaminbank” ASC - 52,469 mln. manat, “Kredobank” ASC - 27,77 mln. manat, “Dekabank” ASC - 3,086 mln. manat, “Atrabank” ASC - 14,271 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,974 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,148 mln. manat, “Gəncəbank” ASC - 976 min manat, “Texnikabank” ASC - 120,334 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 434,092 mln. manat kompensasiya alıblar.