Keçən ay 187 nəfər qidadan zəhərlənib

Keçən ay ölkədə botulizm hadisəsi qeydə alınmayıb

Keçən ay ölkədə botulizm hadisəsi qeydə alınmayıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında Azərbaycanda 91 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev məlumat verib.

Onun sözlərinə görə, qida zəhərlənmələrindən ümumilikdə 187 nəfər zərər çəkib.

Şöbə müdiri əlavə edib ki, keçən ay ölkədə botulizm hadisəsi qeydə alınmayıb və ay ərzində baş verən bütün qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.

Qeyd edək ki, iyul ayında 62 qida zəhərlənməsi hadisəsi baş vermişdi və 75 nəfər zərər çəkmişdi.