MSK: Səsvermə bülletenlərinin hamısı sayılıb - YENİLƏNİB

5547 məntəqinin hamısı hesabat verib

5547 məntəqinin hamısı hesabat verib

Bakı. 2 noyabr. REPORT.AZ/ Noyabrın 1-də keçirilən Milli Məclisə seçkilərdə səsvermə bülletenlərinin hamısı sayılıb.
“Report” xəbər verir ki, bu barədə MSK-nın “Seçkilər” İnformasiya Mərkəzindən bildirilib.
Məlumata görə, səsvermənin nəticələri ilə bağlı 5547 məntəqinin hamısı hesabat verib.
Qeyd edək ki, 5 milyon 198 min 658 seçicidən 2 milyon 894 min 515 nəfəri səsvermədə iştirak edib.