Yaponiyada naməlum şəxs 19 nəfəri bıçaqlayıb - YENİLƏNİB

Yaponiyanın Kavasaki şəhərində avtobus dayanacağında 10-dan artıq birinci sinif şagirdini bıçaqlayan naməlum şəxs ölüb.

"Report" RİA-nın NHK kanalına istinadən verdiyi xəbərə görə, o, kəskin qan itirməsindən ölüb. 

Bir neçə dəqiqə əvvəl onun tərəfindən yaralanan qızlardan biri öldürüldüyü məlum olub.


04:17

Yaponiyanın Kavasaki şəhəri yaxınlığında naməlum şəxs 19 nəfəri bıçaqlayıb. 

"Report" xəbər verir ki, bu barədə RİA Novosti NHK telekanalına istinadən məlumat yayıb. 

Bildirilir ki, hücum nəticəsində 13 uşaq yaralanb. 

Polis cinayətkarı ələ keçirib. Onun yaralı olduğu deyilir. 

Faktla bağlı araşdırmalara başlanılıb.