Hondurasda təyyarə qəzaya uğrayıb, ölənlər var

Hondurasda təyyarə qəzası baş verib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hadisə Roatan adasında qeydə alınıb.

Qəza zamanı pilot da daxil olmaqla, 6 nəfər həlak olub. Qeyd edilir ki, onlardan 5-i turistlərdir.

Agentliyin məlumatına görə, ölənlərin hansı ölkənin vətəndaşları olması məlum deyil. Bununla belə, Hondurasın silahlı qüvvələrinin nümayəndəsi həlak olanlardan 4-nün ABŞ vətəndaşları, turist olduqlarını bildirib. Eyni zamanda yerli hakimiyyət orqanları ölənlərin Kanada vətəndaşları olduqlarını bildiriblər. 

Qəza zamanı həlak olan 5-ci şəxsin hansı ölkənin vətəndaşı olması məlum deyil.

Qeyd edilir ki, təyyarə səmaya qalxdıqdan az sonra dənizə düşüb. Qəzanın başvermə səbəbi məlum deyil.