Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri başa çatıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri sentyabrın 1-də başa çatıb.

"Report" xəbər verir ki, Soçi Beynəlxalq Aeroportunda dövlət başçısını Soçi şəhərinin meri Anatoli Paxomov və digər rəsmi şəxslər yola salıblar.