IMF: Azərbaycan iqtisadiyyatında geriləmə 3 dəfə azalacaq

IMF-in Departament direktoru bu il ölkədə inflyasiyanın ikirəqəmli olacağını bildirir

IMF-in Departament direktoru bu il ölkədə inflyasiyanın ikirəqəmli olacağını bildirir

Bakı. 13 sentyabr. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatında müşahidə olunan geriləmə prosesinin bu il zəifləyəcəyi gözlənilir. 

"Report" xəbər verir ki, bunu Bakıda keçirdiyi brifinqdə Beynəlxalq Valyuta Fondunun (IMF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur deyib: "2016-cı ildə Azərbaycan iqtisadiyyatı 3,1% tənəzzül edib. 2017-ci ildə isə azalma 1% olacaq".

Bununla yanaşı, C.Azur ölkədə inflyasiyanın ikirəqəmli olduğunu da deyib: "Növbəti il üzrə proqnoz vermək tezdir. IV maddə üzrə missiya gələcək və ondan sonra biz 2018-ci il üzrə proqnoz verə bilərik. Əvvəlki proqnozlarımıza əsasən, növbəti ildə artımı 2% civarında gözləyirik".