Maduro Venesuelada milli dialoqa çağırıb

Bu, kəndlilər, işçilər, müəllimlər və tələbələri dinləmək üçün nəzərdə tutulub

Bu, kəndlilər, işçilər, müəllimlər və tələbələri dinləmək üçün nəzərdə tutulub

Bakı. 2 iyun. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro ölkədəki bütün siyasi qüvvələri dialoqa çağırıb.

“Report” xəbər verir ki, Maduro önümüzdəki həftədə "sosial dialoq"un yeni mərhələsinin reallaşacağını da əlavə edib.

"Bu sosial xarakterli ikinci dövrə kəndlilər, işçilər, müəllimlər və tələbələri dinləmək üçün nəzərdə tutulub", – deyə "Telesur" telekanalı onun sözlərini sitat gətirib.