Hindistan Pakistanla yaranmış münaqişədə vasitəçiliyə ehtiyac duymur

Bakı. 1 mart. REPORT.AZ/ Hindistan hökuməti Pakistanla aralarında kifayət qədər səmərəli dialoq kanallarının mövcudluğunu, ona görə də hazırkı ixtilafla bağlı üçüncü ölkələrin vasitəçiliyinə lüzum olmadığı qənaətindədir.

“Report” xəbər verir ki, bunu RİA "Novosti”yə Hindistan Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Hindistan hökumətinin fikrincə, Pakistanla mübahisəli olan Kəşmir bölgəsindəki son gərginliyə səbəbin onlar olmadığı, əksər ölkələrin məhz Hindistan tərəfinə anlayış göstərdiklərinin də məhz buna dəlalət etdiyini diqqətə çatdırıb.