Yerusəlimdə sürücü yük maşınını əsgərlərin üstünə sürüb: 4 ölü, 13 yaralı - VİDEO

Sürücü polis tərəfindən zərərsizləşdirilib

Sürücü polis tərəfindən zərərsizləşdirilib

Bakı. 8 yanvar. REPORT.AZ/ Yerusəlim şəhərində naməlum şəxsin yük maşınını piyadaların üzərinə sürməsi nəticəsində ən azı 4 nəfər ölüb, 13 nəfər yaralanıb.

"Report" İsrailin "Haaretz" qəzetinə istinadən xəbər verir ki, yerli polis hadisəni terror aktı adlandırıb.

"Polis hadisəni törədən terrorçu haqqında məlumat toplayır", - deyə polisin mətbuat xidmətinin məlumatında bildirilir.

Həmçinin sözügedən şəxsin güllələndiyi qeyd olunur.

"Associated Press" ölən və yaralanan şəxslərin İsrail əsgərləri olduğunu yazır.