Gəncədə 29 yaşlı qızı avtomobil vurub

Gəncə şəhərində 29 yaşlı gənc qızı avtomobil vurub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. 

Belə ki, 1990-cı il təvəllüdlü Günel Məmmədova yolu qarşı tərəfə keçmək istəyərkən avtomobil onu vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.