Hindistanda avtobus çaya düşüb: 30 nəfər ölüb, 15 nəfər yaralanıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Hindistanda avtobusun körpüdən düşməsi nəticəsində azı 30 nəfər ölüb, 15 nəfər yaralanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu məlumatı “İndia Today” telekanalı yayıb.

İnformasiyaya əsasən, hadisə Hindistanın şimalında Savay-Madhopur şəhərində baş verib. Savay-Madhopur şəhərindən Racastxana hərəkət edən avtobus Lalsot yaşayış məntəqəsində Banas çayı üzərindəki körpüdən düşüb.

Ölkənin baş naziri Narendra Modi ölənlərin ailələrinə başsağlığı verib.