FIFA yan xətt hakimlərini robotlarla əvəzləmək istəyir

FIFA rəhbərliyi yan xətt hakimlərini robotlarla əvəzləməyi düşünür.

"Report" "Mirror" istinadən xəbər verir ki, artıq qurumun müvafiq məsələ ilə bağlı araşdırmalar aparan departamenti mövcuddur: "Robotlar gələcəkdə yan xətt hakimlərinin yerini ala biləcəkmi? Bu, həqiqətən bir gün baş verə bilər".

Qeyd edək ki, son illər müasir texnologiya futbolda tədricək istifadə olunmağa başlayıb. FIFA-da ilk addım topun qapı xəttini keçib-keçməməsini müəyyənləşdirən sistemin tətbiqi olub. 

2018-ci ildən başlayaraq bir sıra yarışlarda Video Köməkçi Hakim (VAR) funksiyasından istifadə olunur. Bunun sayəsində hakimlər mübahisəli epizodlara təkrar baxa bilər və bundan sonra qərar verə bilərlər.